Onlayn ictimai-siyasi qəzet
Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində iki dəfə nasist salamına bənzər jest edərək əlini yuxarı qaldırdıqdan sonra fərziyyələrə və nasizmlə bağlı ittihamlara cavab verib.
Musavat.com xəbər verir ki, Maskın şərhi onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.
Mask rəqiblərini “daha yaxşı çirkli fəndlər” tapmağa çağırıb. Sahibkar yazıb ki, “hər kəs Hitlerdir” şüarı artıq hamını bezdirib.
Vaşinqtondakı “Capital One Arena”da çıxış edərkən “SpaceX” və “Tesla”nın rəhbəri qəzəbli şəkildə yumruqlarını yelləməyə və müxtəlif istiqamətlərə jestikulasiya etməyə başlayıb və deyib ki, qələbə məhz belə hiss edilir. O, nitqinin yekunlaşdırarkən əlinin ürəyinin üstünə qoyub, daha sonra tərəfdarlarını salamlamaq üçün əlini nasist salamına axşar şəkildə yuxarı qaldırıb.
Bundan sonra Demokratlar partiyasının Nyu-York nümayəndəsi Cerri Nadler Maskı kəskin tənqid edərək, onun hərəkətlərini qəbuledilməz adlandırıb.
Milyarder çox güman ki, ABŞ bayrağına sədaqət andını oxumaq ritualı olan “Bellami” salamını icra edib. Bu zaman sağ əl sinəyə qoyulurr, sonra kəskin şəkildə yuxarı qaldırılır və birbaşa bayrağa tuşlanır. Bu ritual ilk dəfə 1892-ci il oktyabrın 12-də Kolumb günündə Frensis Bellami tərəfindən həyata keçirilib.
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ