İnsanlara hürriyət, millətlərə istiqlal!

Mask nə üçün partiyasını rəsmən elan etmir-yoxsa qorxur?

Amerikalı milyarder, ABŞ-ın keçmiş prezidenti Donald Trampın keçmiş müttəfiqi İlon Mask yaxın çevrəsinə bildirib ki, hələlik bütün diqqətini biznesə yönəltmək istəyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı The Wall Street Journal maraqlı məlumat yayıb.

Qəzetin iddiasına görə, Mask öz siyasi partiyasını yaratmaq planlarını qəsdən ertələyib. Bu qərarın səbəbi kimi onun nüfuzlu Respublikaçılar Partiyası üzvləri ilə münasibətləri pozmaq istəməməsi göstərilir.

Bununla belə, WSJ yazır ki, Mask ABŞ-ın vitse-prezidenti Cey Di Venslə əlaqələrini saxlayır və əgər o, növbəti seçkilərdə prezidentliyə namizəd olsa, onun seçki kampaniyasına maliyyə dəstəyi verməyi nəzərdən keçirir.
Mask, həmçinin, öz siyasi layihəsini tamamilə istisna etməyib və 2027-ci ilin payızında keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində bu ideyaya qayıda biləcəyini bildirib.

Material dərc edildikdən sonra Mask “X” sosial şəbəkəsində yazıb:

“WSJ-də deyilənlərin heç birini həqiqət kimi qəbul etməyin”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR