Onlayn ictimai-siyasi qəzet
Amerikalı sahibkar və SpaceX aerokosmik şirkətinin rəhbəri İlon Mask Marsda birbaşa demokratiya qurmağı təklif edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, buradə özünə məxsus X sosial şəbəkəsində yazıb.
“Marslılar hansı hökumət formasının onlara uyğun olduğuna qərar verəcəklər. Mən reprezentativ deyil, birbaşa demokratiyanı tövsiyə edirəm”, - Mask qeyd edib.
Beləliklə, milyarder bu platformanın istifadəçilərindən birinin insanların Marsda yerləşməsindən sonra planetin necə idarə ediləcəyi ilə bağlı sualına cavab verib.
Mask əlavə edib ki, “Starship” kosmik gəmilərinin təxminən iki il ərzində Marsa ekipajsız göndərilməsi planlaşdırılır və "ekipajlı kosmik gəmilər təxminən dörd il ərzində oraya gedə bilər. "Bu, tamamilə mümkündür", - sahibkar deyib.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ