Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Bursa şəhərində yolu keçərkən avtomobilin altında qalan 10 yaşlı uşağa kömək etmək istəyən şəxs evinin pəncərəsindən küçəyə atılıb.
Musavat.com xəbər verir ki, həmin anlar təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınıb.
Qəza ötən gün saat 08:00 radələrində baş verib. Əldə edilən məlumata görə, H.D. idarə etdiyi avtomobili ilə yolu keçmək istəyən ibtidai sinif şagirdi Aynur Ü.-nü vurub. Hadisə zamanı uşaq təxminən 6 metr avtomobilin altında sürüklənib. Ətrafdakı vətəndaşlar uşağın köməyinə qaçıb. Aynur Ü. vətəndaşların köməkliyi ilə avtomobilin altından çıxarılaraq xilas edilib.
Qəzanın baş verdiyi yerə yaxın evdə yaşayan bir nəfərin də pəncərədən atılaraq uşağa yardıma qaçması görüntüləri sosial mediada gündəm olub.
Sözügedən görüntüləri təqdim edirik:
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ