Onlayn ictimai-siyasi qəzet
“Artıq bir ildən çoxdur ki, mən erməni dilində izah edirəm ki, biz 9 noyabr üçtərəfli formatına qayıtmalı və Qarabağ ermənilərinin qayıdışını tələb etməliyik”.
Musavat.com xəbər verir ki, bu sözlərin müəllifi erməni siyasətçi, Paşinyanın xüsusi məsələlər üzrə keçmiş səfiri Edmon Marukyandır.
Belə görünür ki, revanşist Marukyan hələ köhnə mahnıları ifa etməkdə israrlıdır.
“Rus sülhməramlılarının geri qaytarılmasını və onlardan ermənilərin təhlükəsizliyin təmin olunmasını tələb edin, rəsmi şəkildə bildirin ki, əgər Rusiya və Azərbaycan bu bəndlərin yerinə yetirilməsini öz üzərlərinə götürsələr, biz də üçtərəfli bəyanatda qeyd edildiyi kimi, 9-cu bəndi təmin edəcəyik”, - deyə Edmon Marukyan qeyd edib.
“Hakimiyyət orqanları ardıcıl şəkildə bəyan edirlər ki, Azərbaycana “maneəsiz” yol verməyə hazırdırlar. Mən soruşuram, əvəzində nə olacaq? Yenə birtərəfli qaydada, bizim maraqlarımızı tələb etmədən? Siz bu hadisəni nə adlandırırsınız?” - deyə Marukyan yazıb.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ