Onlayn ictimai-siyasi qəzet
Martinikdə müstəmləkəçiliyə qarşı, xüsusilə sosial və siyasi səbəblərdən əhali ayağa qalxıb. Artıq barrikadalar qurulur, hüquq-mühafizə orqanlarının zorakılığına qarşı müqavimət güclənir.
"Report" xəbər verir ki, polislərin dinc əhaliyə qarşı odlu silahlardan istifadə etdiyinə dair görüntülər də paylaşılır.
Martinik əhalisi ciddi sosial problemlərdən, bahalıqdan və əhalinin gəlirlərinin çox az olmasından əziyyət çəkir. Onlara xarici ölkələrlə ticarət əlaqələri qurmağa icazə verilmir. Martinik əhalisinə yalnız materik Fransası ilə iqtisadi əlaqələr qurmağa imkan verilir. Martinikdəki bütün böyük ticarət şəbəkələri etnik fransızların monopoliyasında olduğundan onlar bu məhdudiyyətlərdən gəlirlərini dəfələrlə artırmaq üçün istifadə edirlər.
Əhali Fransanın kolonial siyasətinə, hüquqlarının kobud şəkildə pozulmasına, kəskin sosial duruma qarşı etiraz edir, Fransadan kolonial siyasətə son qoyulmasını tələb edir, müstəqillik istəyirlər. Fransa hökumətinin Martinik torpaqlarında istifadə etdiyi zəhərli maddələr kənd təsərrüfatı torpaqlarını yararsız hala salıb, əhalinin sağlamlığına ciddi ziyan vurulub. Zəhərli maddələrin nəticəsidir ki, Martinik dünyada ən çox xərçəng xəstəliyindən əziyyət çəkən ərazidir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ