İnsanlara hürriyət, millətlərə istiqlal!

Markov: “Ermənistan rəhbərliyi KTMT-nin fəaliyyətini pozmaq üçün hər şey edir”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayacaq, təşkilatın fəaliyyətini daxildən pozmaq üçün hər şey edəcək”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “Rusiya və Fransanın Cənubi Qafqazda və Afrikada mübarizəsi” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

O, Fransa Prezidenti Emmanuel Makronun Qafqazda öz mövqelərini gücləndirməyə çalışdığını bildirib: “Makron Ermənistana və Cənubi Qafqaza “həmlə” etmək qərarına gəlib. Fransa parlamentinin hər iki palatasında Azərbaycan və Rusiya əleyhinə bir sıra qətnamələr müzakirə edilib. Fransa Ermənistanı Rusiyanın müttəfiqliyindən uzaqlaşdırmağa çalışır”.

Markov onu da vurğulayıb ki, rəsmi Paris xarici siyasətini anti-Türkiyə mövqeyi və islamofobiya üzərində qurur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR