İnsanlara hürriyət, millətlərə istiqlal!

Marko Veşoviç Qurban Qurbanovun qərarın gözləyir

Nəhayət, uzun fasilədən sonra "Qarabağ"ın vacib fiqurlarından hesab olunan Marko Veşoviç kollektiv hazırlıqlara başlayıb.

Bu ayın əvvəlindən fərdi məşqlər edən 32 yaşlı müdafiəçi son bir həftəni toplu çalışmalara da qatılıb.

Ağdamlılar növbəti matçına Premyer Liqanın 10-cu turu çərçivəsində 5 gün sonra Tovuzda meydana çıxacaq. Deməli, onun toparlanması üçün hələ bir neçə gün də var.

Maraqlıdır, belədə biz çernaqoriyalı legioneri “Turan”la matçlarda az da olsa meydanda görə bilərikmi?

Xüsusilə "Bayer Leverkuzen"lə qarşılaşma üçün Veşoviçin qayıdışı yerinə düşərdi.

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportinfo.az-a açıqlamasında bunları dedi: “Bəli, Marko komanda ilə hazırlıqlara başlayıb. Nə vaxt oynayıb-oynamayacağı isə artıq texniki heyətin verə biləcəyi qərardır. Kollektiv çalışmalarda iştirak edir”.

"Atlılar" Avropa Liqasının qrup mərhələsi çərçivəsində almanlarla 26 oktyabar Almaniyada üz-üzə gələcək.

Marko iyulun 25-də, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Rakov"la görüşdən əvvəl Polşadakı “Miejski” arenasında keçirilən məşq zamanı budundan zədə almışdı. O, həmin vaxtdan etibarən yaşıl meydanlardan kənardadır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR