İnsanlara hürriyət, millətlərə istiqlal!

Mariya Zaxarova: "Afrika ölkələri ABŞ-ın təzyiqlərinə boyun əymədilər"

Son il yarım ərzində Afrika ölkələri Rusiya ilə əməkdaşlığa mane olmağa çalışan ABŞ-ın görünməmiş təzyiqlərinə məruz qalıb, lakin Afrika dövlətləri bu təxribatlara boyun əyməyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu RT-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, həmçinin qeyd edib ki, ABŞ və Qərb ölkələrinin sanksiya təhlükəsinə baxmayaraq, “Afrika boyun əyməyib və kiminlə əməkdaşlıq və qarşılıqlı əlaqə quracağını özü müəyyənləşdib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Afrika dövlətləri Rusiyanın da, Qərbin də tarixi rolunu bilirlər, onlar xatırlayırlar ki, “Sovet İttifaqı Afrikaya gələndə zavod, fabrik, yol, infrastruktur, enerji gətirmişdi. Qərb isə gələndə hər şeyi qamarladı".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR