İnsanlara hürriyət, millətlərə istiqlal!

“Maqnitski siyahısı”nın müəllifi Uilyam Brauder indi də“Saakaşvilinin siyahısı”nı tərtib edir

Tanınmış beynəlxalq maliyyəçi və investor Uilyam (Bil) Brauder Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin  məktubuna cavab verib. Saakaşvili məktubunda ondan həyatını qurtarmasını xahiş edibmiş.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili - Şalva Xaçapuridze Tbilisi məhkəməsinin eks-prezidentin müalicə üçün müvəqqəti olaraq Avropa klinikasına göndərilməsi ilə bağlı keçirilən növbəti iclasında bildirib.

Xaçapuridze Mixail Saakaşvilinin Brauderə göndərdiyi məktubunda “həbsxanada Sergey Maqnitski ilə eyni üsullarla öldürüldüyündən” və hətta “daha incə və açıq şəkildə qətl olunmaq istənildiyindən” şikayətləndiyini söyləyib. Gürcüstanın keçmiş rəhbəri Brauderdən insan hüquqlarının müdafiəsi ilə məşğul olan yerli təşkilatlara, ölümcül nəticə gözləmədən yeni “Maqnitskinin siyahısı”nı tərtib etməsini istəyib.

Mixail Saakaşvilinin anası, professor Giuli Alasaniya jurnalistlərlə söhbətində Bill Brauderin “dərhal işə qarışdığını” və “ondan Saakaşvilinin zəhərlənməsi və işgəncələrinə görə məsuliyyət daşıyanların hamısının siyahısını göndərməsinii xahiş etdiyini” söyləyib. Brauder məsul şəxslərin siyahısını Qərb hökumətlərinə təhvil verəcəyini vəd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR