İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE-nin missiyası Zaporojye AES-ə gedir

MAQATE-nin xüsusi missiyası Rusiyanın nəzarəti altında olan Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına gedir. Missiyaya Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi rəhbərlik edir.

AzVision.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin(MAQATE) direktoru Rafel Mariano Qrossi özünün Twitter səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, missiya bu həftə Zaporojye AES-ə gələcək.

"Biz Ukrayna və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini qorumalıyıq. Bu həftə ZAES-ə gələcək bu missiyaya rəhbərlik etməkdən qürur duyuram", - Qrossi yazıb.

Ukraynada Atom Elektrik Stansiyasının damına mərmi düşdüEyni zamanda, təşkilatın özü də məlumat yayıb ki, missiyanın əsas məqsədləri bunlardır-fiziki zərərin qiymətləndirilməsi, təhlükəsizlik və mühafizə sistemlərinin funksionallığını müəyyən etmək, işçilərin şəraitini qiymətləndirmək, təcili təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi.

Qeyd edək ki, ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, bloklarının sayına və gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasılarından biri sayılır. Moskva martın 4-dən ZAES-ə nəzarət edir. Rusiya hərbçiləri AES-in "peyk şəhəri" kimi tanınan Enerqodarı da zəbt ediblər.

Son zamanlar isə ZAES-in ərazisi bir neçə dəfə atəşə tutulub. Hətta bir sıra obyektlərə ziyan da dəyib. Ukrayna hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyindən məlum problemin, ümumilikdə münaqişənin həllində kömək istəyib.

Rusiya isə bu günlərdə Kiyevin ZAES-də böyük fəlakətə səbəb olacaq partlayışlar törətməyə hazırlaşdığını iddia etmişdi.

Avropa İttifaqı və dünyanın 40-dan çox ölkəsi Rusiyanı öz qoşunlarını və şəxsi heyətini ZAES-dən dərhal çıxarmağa çağırıb. Həm Ukrayna, həm də Rusiya Federasiyası eyni vaxtda razııq əldə edərlərsə, BMT MAQATE missiyasının atom elektrik stansiyasına səfərini dəstəkləməyə hazırdır.

Bir neçə gün öncə isə Fransa prezidenti Emmanuel Makron bəyan etdi ki, Fransa ilə MAQATE Rusiya və Ukraynadan agentliyə Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) xüsusi missiya göndərmək üçün təhlükəsizlik zəmanəti alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR