İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE baş direktoru Rusiya ordusunun işğal etdiyi əraziyə səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi gələn həftə Rusiyanın işğalı altında olan Zaporojye AES-ə baş çəkəcək.

Ukrayna mətbuatı bu barədə MAQATE-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd olunur ki, R.Qrossi səfər zamanı obyektdə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyəti qiymətləndirəcək.

Səfəri barədə açıqlama verən MAQATE-nin baş direktoru söyləyib ki, onun əsas məqsədi Ukrayna ərazisində davam edən faciəvi müharibənin nüvə qəzası riskini artırdığına diqqət çəkməkdir.

Əlavə edək ki, bu, Qrossinin Zaporojye AES-in ərazisinə ikinci səfəri olacaq.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR