İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mançester Yunayted" matçından əvvəl "Qalatasaray"da ciddi itki - FOTO

Türkiyənin "Qalatasaray" klubu müdafiəçisi Davinson Sançesin zədələndiyini açıqlayıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu 4-6 həftə meydanlardan uzaq qalacaq.

"Super Liqanın 13-cü həftəsində oynanan "Korendon Alanyaspor" matçında zədələnən Davinson Sançezin sponsor xəstəxanamızda aparılan MRT-si nəticəsində 2-ci dərəcəli gərginlik olduğu üzə çıxdı. Oyunçunun müalicəsinə başlanıldı", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Davinson Sançes "Qalatasaray" - "Alanyaspor" matçının 78-ci dəqiqəsində zədələnib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR