İnsanlara hürriyət, millətlərə istiqlal!

Manaf Ağayev bıçaqlanan tamadaya qurban kəsdi - VİDEO

İyulun 2-də gecə saatlarında Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən "Altun" şadlıq sarayında bıçaqlandığı deyilən tamada Natiq Dağlaroğlu (red. əsl adı Yaqub Mehdiyev) xəstəxanadan evə buraxılıb. 

Musavat.com bizim media-ya istinadən xəbər verir ki, N. Dağlaroğlu sosial şəbəkə hesabında həmkarı və yaxın dostu Manaf Ağayevlə birgə evlərinin həyətində çəkilən videonu paylaşıb.
Görüntülərdə M.Ağayev bıçaqlanan sənət dostunun sağalması üçün qurban kəsdiyini bildirib: 

"Şükürlər olsun qardaş, bu gün ayaq üstəsən. Bir qəza, bir şeytan idi. Salamat evində-eşiyindəsən. Qurban demişdim ki, əmim oğluna heçnə olmasın. Qurbanlarımı da kəsdim. Allah qəbul eləsin. Lənət şeytana. Həyatda hər şey olur. Bir də görürsən ki, getdiyin yerdə yıxılıb ölürsən və ya avtomobil səni vurub ölürsən".  

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR