İnsanlara hürriyət, millətlərə istiqlal!

Malayziya təyyarəsini vuranlar ömürlük cəza aldı-hələlik qiyabi

Hollandiyanın Haaqa məhkəməsi Rusiya xüsusi xidmət orqanlarının nümayəndəsi İqor Strelkovu Ukrayna səmalarında Malayziya təyyarəsinin vurulmasına görə təqsirli bilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iş üzrə digər təqsirləndirilənlər - Sergey Dubinski və Leonid Xarçenko eyni cəzaya layiq görülüblər. İşdə adı keçən dördüncü müttəhim Oleq Pulatova isə bəraət verilib - məhkəmə onun atışmada iştirak etdiyini sübut edə bilməyib. 

Rusların məhkəməsi qiyabi keçirilib (Strelkov özü hazırda Ukrayna müharibəsində iştirak edir). İki il yarım davam edən məhkəmənin sonunda hakimlər 2014-cü il iyulun 17-də Amsterdamdan Kuala-Lumpura uçan Malayziya hava yolları şirkətinə aid təyyarənin Pervomayskidən buraxılan “Buk” raketi ilə vurulduğu qənaətinə gəliblər. Xatırladaq ki, həmin faciədə 283 sərnişin və 15 ekipaj üzvü həlak olub. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR