İnsanlara hürriyət, millətlərə istiqlal!

Maksim Qalkin yeni konsertində Solovyov və Skabeyevanı məsxərəyə qoydu

Rusiyalı şoumen Maksim Qalkin Təl-Əvivdə verdiyi konsertdə Kremlin qara təbliğatçılarını ələ salıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, antimüharibə mövqeyinə görə onu vətən xaini adlandıran Olqa Skabeyeva və Vladimir Solovyov Maksim Qalkinin hədəfinə tuş gəlib.

"Müharibəyə yox" deyirəm, amma məni satqın adlandırırlar. Onlar deyir ki, "biz bu xüsusi əməliyyatı NATO-nu Rusiya ilə sərhədlərdən uzaqlaşdırmaq üçün edirik”. Nə üçün? Məgər bu normaldır? Xoşunuza gəldi-gəlmədi, NATO onsuz da genişlənir”,-deyə Qalkin opponentlərinə səslənib.

Rusiyalı artist Skabeyeva və Solovyovun tezliklə təkcə Ukraynaya deyil, digər ölkələrə də hücum edəcəyini söyləyib. Onun fikrincə, bu qorxunun əlamətlərini göstərir..

"İsveç də Alyansa gedir. Mən indidən anti-Skandinaviya əhval-ruhiyyəsini təsəvvür edirəm. Skabeyevanın ABBA albomunu necə yandırdığını görəcəksiniz. Əminəm bütün bunlar uzaqda deyil. “İsveç masası” termininin də adını dəyişdirəcəklər. Və, əlbəttə ki, Selma Lagerlöf və Astrid Lindqrenin nağılları da qadağan olunacaq. Mən artıq Solovyovu: “Karlson!” deyə qışqırdığını da eşidirəm”,-deyə şoumen bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR