İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun reytinqi aşağı düşdü

Fransızların ölkə prezidenti Emmanuel Makrona inam səviyyəsi iki faiz bəndi azalıb.

Onun əhalini Ukraynaya dəstək ehtiyacına inandırmaq cəhdləri, eləcə də iqtisadiyyatdakı problemlər səbəbindən dövlət başçısına inam 25%-ə düşüb.

Bu barədə “Elabe” sosioloji xidmətinin sorğusuna istinadən məlumat yayılıb.

Bildirilib ki, Qabriel Attalın baş nazir təyin edilməsi də ona uğur gətirməyib.

Qeyd olunub ki, Makronun siyasətindən ən böyük məyusluğu yaşlı nəslin nümayəndələri (65 yaş və yuxarı) yaşayıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR