İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabişvili hökuməti hədələdi - dekabrın 29-dan sonra...

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəsmilərini 29 dekabradək növbədənkənar parlament seçkiləri elan edilməyəcəyi təqdirdə, "rejimin çöküşü" ilə hədələyib.

Prezident videomüraciətində bunun dialoqun alternativi olduğunu deyib.

"Rejimin çöküşü" dialoqa, kompromisslərə, güzəştlərə alternativdir. Güzəştlər lazımdır, bəzi şeyləri etiraf etmək lazımdır, kompromisslər lazımdır. Əks halda rejim yıxılacaq", - Salome Zurabişvili videomüraciətində bildirib.

Prezident hamını ikinci mərhələyə hazır olmağa çağırıb. O, dekabrın 29-dan sonra da ölkənin legitim prezidenti qalacağını bəyan edib. /APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR