Onlayn ictimai-siyasi qəzet
Rusiya hökumət nümayəndə heyəti Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş zamanı Rusiya Baş nazirinin müavini Vitali Savelyev Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətində Rəşt-Astara dəmir yolunun əhəmiyyətindən danışıb.
Rusiya rəsmisi bildirib ki, xəttin tikintisi başa çatdıqdan sonra Rusiya ilə İran arasında yükdaşımanın potensial həcmi ildə 15 milyon ton təşkil edəcək: "Biz gözləyirik ki, Rəşt-Astara hissəsinin tikintisi başa çatdıqdan sonra ilkin mərhələdə Rusiya ilə İran arasında potensial yük daşıma həcmi 15 milyon ton olacaq. Rusiya tərəfi İrana kredit xətti açıb və Şimal-Cənub dəhlizi məsələsində Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Rusiya İranı sazişin özünə aid hissəsini yerinə yetirməyə çağırır”.
Qeyd edək ki, Rusiya tərəfdən görüşdə baş nazirin müavini Aleksey Overçuk, nəqliyyat naziri Roman Starovoyt və Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov da iştirak ediblər.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ