Onlayn ictimai-siyasi qəzet
Yəmənin Taiz şəhərində husilərlə Yəmən ordusu arasında gərgin döyüşlər gedir.
Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hər iki tərəf ağır silahlardan istifadə edir, nəticədə bölgədəki vəziyyət daha da kritikləşib.
Son toqquşmalar zamanı həm husilərin, həm də Yəmən ordusunun itkilər verdiyi bildirilir. Şəhər ətrafındakı mülki əhali isə döyüşlərin təsirindən ciddi zərər görür və humanitar vəziyyət daha da pisləşir.
Xatırladaq ki, Taiz şəhəri uzun müddətdir Yəməndəki vətəndaş müharibəsinin əsas cəbhələrindən biri olaraq qalır.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ