İnsanlara hürriyət, millətlərə istiqlal!

Rostova dron hücumu: aerodrom vuruldu, küçədə yanğın başladı - VİDEO

Rusiyanın Rostov vilayətindəki Millerovo rayonuna dron hücumu olub.

“Report” xəbər verir ki, Millerovo şəhərinin küçələrindən birində yanğın başlayıb. Millerovo Kazak Kadet Peşə Texnikumunun binası da zərər görüb. Tələbələr yataqxanalardan təxliyə edilib. Atəş səbəbindən Taqanroq və Rostov şəhərlərində hava həyəcanı siqnalları işə salınıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko Millerovo aerodromunun Rusiya üçün strateji əhəmiyyətini vurğulayıb: “Millerovo aerodromunda diskoteka. Rusiya üçün Rostov vilayətində strateji aerodrom. Ukraynanın şərq və cənubunda fəaliyyət göstərən Rusiya piyadalarını dəstəkləyən ön cəbhə aviasiyası üçün baza rolunu oynayır”, – o bildirib.

Digər yerli teleqram kanalı Morozovskdakı hərbi aerodromun da zərbə aldığını bildirsə də, bu məlumat hələ rəsmi təsdiqini tapmayıb. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR