İnsanlara hürriyət, millətlərə istiqlal!

Makronun ÇƏTİN ANLARI - 69 yaşlı Bricitlə yaşadığı eşqi belə MÜDAFİƏ ETDİ

Fransa prezidenti Emmanuel Makron “Les Rencontres du Papotin” proqramında iştirak edib.

Musavat.com xəbər verir ki, Fransa lideri France 2 kanalında yayımlanan proqramda cəsarətli və çətin suallarla qarşılaşıb, eşq həyatı, mal varlığı kimi mövzularda diqqətçəkən açıqlamalar verib.

Əlindəki kağızdan verilən sualları oxuyan Makron Adrien adlı jurnalistin özü haqqında yazdığı şərhi ucadan səsləndirib:

“Prezident nümunə göstərməli, müəllimi ilə evlənməməlidir...”

Fransa lideri özündən 24 yaş böyük həyat yoldaşı Bricitlə bağlı bu tənqidə gülərək cavab verib: "Məsələ nümunə olub-olmamaq deyil. Aşiq olanda seçim sənin olmur. O, əslində, mənim müəllimim deyildi, mənə sadəcə teatrı öyrədib. Bu, tamamilə fərqli şeydir. Sevginin əsas prinsipi hər şeyi mümkün etməsidir. Aşiq olduğun insanın səninlə eyni yaşda olması yazılı qayda deyil. Bu, səndən qat-qat güclü və səni aşan bir şeydir".

Fransa liderinə ünvanlanan digər sual isə “Sizin çoxlu pulunuz varmı?” olub. Keçmiş bankir Makron, “Düzünü desəm, prezident olana qədər daha çox pulum var idi” deyib.

Başqa bir jurnalist Rusiya prezidenti Putinlə görüşməyin qorxulu olub-olmadığını soruşub.

"Putinlə görüşəndə ​​görürsən ki, o, heç də xoşagəlməz insan deyil. Bu, paradoksdur" - Fransa lideri cavab verib.

Makron Putinin Rusiyanın ərazisini genişləndirmək üçün müharibəyə başladığını iddia edib: “Məncə, müharibəyə haqq qazandıracaq heç nə yoxdur”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR