İnsanlara hürriyət, millətlərə istiqlal!

Makrona impiçment təhlükəsi - Parlament prosesə başlamaq yolunu açdı

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Bürosu Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti yazır.

Qəzetin yazdığına görə, büro Fransa prezidentinin hakimiyyətdən kənarlaşdırılması prosedurunu təsdiqləyib.

Təşəbbüs Makron koalisiyasının parlament seçkilərində uğur qazanmasına baxmayaraq, solçuların nümayəndələrini yeni hökumətdən kənarlaşdırdıqdan sonra ortaya çıxıb. Sənəd Fransa konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq hazırlanıb və bu, prezident öz vəzifələrini pozarsa, onun vəzifəsindən kənarlaşdırılmasına icazə verir.
Qətnaməni “Yeni Xalq Cəbhəsi” blokundan 81 deputat, o cümlədən “Əzilməmiş Fransa”nın 72 nümayəndəsi, həmçinin Yaşıllar, Sol Demokratlar və Respublikaçılar qrupunun bəzi deputatları dəstəkləyib.

Qətnamə bu mərhələdən keçərsə, o, solçuların cəmi 24 yerə malik olduğu 73 deputatdan ibarət qanunvericilik komitəsi tərəfindən təsdiqlənməlidir. Bundan sonra Milli Assambleyanın üçdə ikisi (385 deputat) iki həftə ərzində sənədə səs verməlidir. Analoji prosedurlar solların çoxluğa malik olmadığı Senatda da keçməlidir. Senat qətnaməni (232 səs) təsdiq edərsə, hər iki palata birgə iclasda toplanacaq və qərar qəbul etmək üçün 925 parlamentaridən 617-si onu dəstəkləməlidir. Səsvermə uğurlu olarsa, prezident dərhal vəzifəsindən uzaqlaşdırılacaq.

Bundan əvvəl Parisdə Makronun istefası tələbi ilə mitinq keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR