Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron, 2027-ci ildə prezidentlik səlahiyyətlərinin bitməsinə qədər vəzifəsində qalacağına dair qərarını təsdiqləyib.
Musavat.com xəbər verir ki, o, xalqa müraciətində, beş illik mandatının sonuna qədər prezidentlik edəcəyini vurğulayıb. Eyni zamanda, Makron baş nazir Mişel Barnyenin hökumətini istefaya göndərib. Barnye hökumətinə qarşı Fransa Milli Assambleyasının etimadsızlıq qətnaməsi qəbul edib. Makron, yeni kabinet rəhbərinin yaxın günlərdə təyin olunacağını açıqlayıb.
Bu qərar, Fransa siyasətində böyük dəyişikliklərə işarə edir.
Qeyd edək ki, Emmanuel Makron 2017-ci ildə Fransa prezidenti seçildikdən sonra ölkənin 25-ci prezidenti olub. 2022-ci ildə ikinci müddət üçün yenidən seçilib.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ