İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron və Zelenski görüşüb, bunları danışdılar - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Fransanın prezidenti Emmanuel Makron ilə görüş keçirib.

Musavat.com xəbər verir ki, görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlıq və Ukraynanın Avropa İttifaqına üzvlük istiqamətində aparılan danışıqlarda Fransanın dəstəyi əsas müzakirə mövzularından olub.

Prezident Zelenski görüş haqqında öz Telegram kanalında bunları bildirib: “Görüşdə təhlükəsizlik sahəsində əməkdaşlıq və Ukrayna ilə bütün Avropa üçün təhlükəsizlik zəmanətlərinin mümkün formatlarına xüsusi diqqət yetirildi. Avropa İttifaqına üzvlük danışıqlarında Fransanın dəstəyinə ümid edirik.”

Zelenski həmçinin Fransa hökumətinə Ukraynanın ədalətli və davamlı sülhə gedən yolda göstərdiyi “daimi və dəyişməz dəstəyə” görə təşəkkür edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR