Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Makron Ukraynaya kömək etmək istəyinə görə Trampla toqquşmağa hazırlaşır.
Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, Fransa prezidentinin Ukraynaya kömək etməyə hazır olan müttəfiqləri toplamaq təşəbbüsü Makronu ABŞ prezidenti ilə toqquşma kursuna sürükləyir.
ABŞ prezidenti atəşkəs rejimini Rusiya ilə yeni işgüzar və siyasi əməkdaşlığın qurulması yolu kimi təqdim edir. Öz növbəsində Putin Trampla söhbətində Ukraynaya silah tədarükünün tamamilə dayandırılmasını tələb edib. Bloomberg agentliyinin yaydığı məlumata görə, Aİ-nin rəsmiləri Avropa ölkələri heç vaxt Putinin şərtləri ilə razılaşmayacaqlarını ABŞ prezidentinin diqqətinə çatdırıblar.
Fransa hökumətinin sözçüsü Sofi Primas Kreml rəhbərinin tələblərinin “real olmadığını” və Makronun irəliyə doğru yol tapmaq üçün hər gün Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə danışdığını bildirib. Hələlik Makronun Trampla uzunmüddətli münasibəti mühüm rol oynayır. Agentlik bildirir ki, Fransa prezidenti bu ayın əvvəlində Aİ sammitindən sonra amerikalı həmkarı ilə yarım saatdan çox danışıb. Makron özü Tramp şəxsi əlaqələri yüksək səviyyədə qiymətləndirir. Fransa prezidentinin yaxın ətrafına çatdırdığı məlumata əsasən, “Tramp yaxşı dinləyici olmasa da, düzgün arqument tapılsa, onun diqqətini cəlb edə bilmək mümkündür”.
Musavat.com
21 Mart 2025
20 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ