Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Makron Dağlıq Qarabağdakı son hadisələrdən sonra verdiyi açıqlamada açıq şəkildə Türkiyəni ittiham edib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Makron Azərbaycanın Ermənistana qarşı mümkün hücumundan narahat olduğunu bildirərək deyib ki, Bakı bu ölkənin ümumi sərhədini və ərazi bütövlüyünü təhdid edir.
Ölkəsinin Ermənistanın ərazi bütövlüyünə çox diqqətli olduğunu bildirən Makron deyib: “Bu gün Azərbaycanla şərik olan Rusiya, bu manevrləri hər zaman dəstəkləyən bir Türkiyə və Ermənistan sərhədini tanımayan və təhdid edən Azərbaycan hökuməti var".
Qeyd edək ki, Fransa prezidenti bu günlərdə "ermənidən artıq erməni" olduğunu nümayiş etdirir, öz ölkəsinin problemlərini bir kənara qoyaraq Ermənistanla bağlı bəyanatlar verir.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ