İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron: "Qarabağ məsələsində İrəvan mənə arxalana bilər"

Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir. Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir.

Musavat.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Ermənistan Prezidenti Vaaqn Xaçatryana göndərdiyi məktubunda bildirib.

"Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə AB-nin səylərini dəstəkləyir. Bu baxımdan, siz xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz", - Emmanuel Makron qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR