Onlayn ictimai-siyasi qəzet
Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyanla Parisdə görüşüb.
Musavat.com xəbər verir ki, o, Azərbaycan və Ermənistan arasında sülh prosesinə tam dəstəyini ifadə edib.
“Ermənistan Baş naziri Nikol Paşinyanı Parisdə salamlamaqdan məmnunam. Onun Azərbaycanın sülhə nail olması istiqamətində göstərdiyi cəsarətli səyləri Fransa olaraq tam dəstəklədiyimizi təsdiqlədim.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin qısa zamanda imzalanması bölgədə və onun hüdudlarından kənarda bütün xalqlar üçün yeni bir dövrün başlanğıcı olacaq”, — deyə Emmanuel Makron bildirib.
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ