Onlayn ictimai-siyasi qəzet
Fransada baş verən iğtişaşların səbəbləri fərqlidir, görünən budur ki, iki sivilizasiya ikinci minilliyin 23-ci ilində “beşinci respublikada” toqquşub. Avropada artan millətçilik və rasizim Fransada məskunlaşmış miqrantların özünüqoruma instiktini işə salıb, etirazlar nə vaxtsa səngisə də, “bu xəmir hələ çox su aparacaq”. Baş verənlərin səbəbləri sırasında Avropada lider cılızlaşması da var. Qırğılar gedib, yerlərinə elələri gəlib ki, onları hansı quşasa bənzətməkdə çətinlik çəkirsən. Məsələn, Jak Şirakla Makron müqayisə oluna bilərmi? Bir səfirin (Ukraynanın Almaniyadakı sabiq səfiri Melnik) “büzüşmüş kolbasa” adlandırdığı Şoltsu sabiq kansler Merkellə müqayisə etmək olarmı? Britaniyanın baş naziri Sunakın özünü məsələn, “dəmir ledi” Tetçerlə bir tərəziyə qoymaq bir kənara, öz sarayında Zelenskiylə son görüşündə Ukrayna prezidentini kimlə müqayisə etsə yaxşıdır? Çörçillə...
Makronun siyasi bioqrafiyası zəngin də deyil. Filosof təhsilli Makron 2012-2014-cü illərdə ondan əvvəlki prezident Ollandın yanında baş katibin müavini vəzifəsində çalışıb, sonra iqtisadiyyat naziri təyin edilib və məhz bu vəzifədə özünü tanıda bilib. Onun nazir olduğu dönəmdə əsas nailiyyəti iqtisadiyyatın müəyyən sahələrinin liberallaşdırılması, dövlət şirkətlərinin satın alınmasının aktivləşməsi ilə yadda qalıb. 2017-ci ilin mayında Ollandın seçkidən iştirakdan çəkilməsi ilə Makron digər rəqiblərinə qalib gələrək 39 yaşında Fransa tarixində ən gənc prezident kimi tarixə düşdü. 2022-ci ildə isə ikinci turda yenidən kreslosunu beş il müddətinə qoruya bildi.
2019-cu ildə Makron sensasion çıxışı ilə diqqəti özünə çəkdi. O, müstəmləkəçiliyi sələflərinin “böyük səhvi” adlandırdı və “tarixdə yeni səhifə açmağın” vaxtının gəldiyinə bəyan etdi. Amma bu bəyanatı sonrakı aylarda sadəcə, söz olmaqdan o yana keçmədi. Belə ki, bir neçə ay əvvəl Afrika ölkələrinə səfərində Fransanın müstəmləkə keçmişinin nəticələrini aradan qaldırmağa söz verməsinə baxmayaraq, Əlcəzairdə törədilən qırğınlara görə üzr istəməkdən imtina etdi. Halbuki hələ 2017-ci ildə hələ prezidentliyə namizəd olarkən Əlcəzairdə Fransanın törətdiyi soyqırımı “insanlığa qarşı cinayət" adlandırmış, Parisin bu əməllərinə görə üzr istəməsinin vacibliyini vurğulamışdı. Demək, Makron sözünü tutmayan siyasətçidir.
Makron hakimiyytətdə olduğu 6 il ərzində siyasi baxımdan “kal” qaldı, xalqla(seçici ilə) hesablaşmadı. 2018-ci ilin aprelində Yelisey Sarayı dövlət şirkətində islahatlar aparmaq planlarına görə ölkə dəmiryolçuların tətili ilə sarsıldı. Amma tətilçilər heç nəyə nail olmadılar, qanun layihəsi parlamentdə təsdiq olundu.
Daha sonra Makron Fransada varlıların sərvət vergisini azaltdı, amma yanacağın istifadəsi üçün vergi tətbiq etdi. Bu isə ölkə daxilində “sarı jiletlilərin” etirazına səbəb oldu. Son olaraq Makronun pensiya islahatı da narazı insanları küçəyə tökdü. 2023-cü ilin martında on minlərlə insanın həftələrlə davam edən etirazlarına baxmayaraq, parlamentdə səs verməyə çıxarılmadan belə, Makron pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanunu(bu ilin payızında qüvvəyə minəcək)imzaladı.
Baş verənlər fonunda Makronun reytinqi 28%-ə düşüb, amma bu prezidenti o qədər də narahat etmir. Makron bu mənada həm də lotudur(nə istəyir, onu edir) demək...
Qərb mətbuatı isə aksiyalardan sonra yazırdı ki, Fransada prezident seçkiləri indi keçirilərsə, Makron əsas rəqibi, populyarlığı əhalinin bütün qrupları arasında artan ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen qutudan qalib çıxa bilər. Onun üçün isə hələ 4 il gözləmək lazımdır.
Heç kimin daha şübhəsi yoxdur ki, polis əməkdaşının Paris yaxınlığındakı Nanter qəsəbəsində öldürdüyü 17 yaşlı afrikalı kökənli gənc “Fransa inqilabı” üçün sadəcə, bəhanədir.Doğrudur, iğtişaşların episentrinə çevrilən Nanterdə əsasən əlcəzairlilər, tunislilər və mərakeşlilər yaşayırlar, amma onlar artıq Fransada miqrantların üçüncü nəsli hesab olunurlar. Yəni əsas etirazşı kütlələr Fransa doğumlulardır.
Prezidentinin iğtişaşların qızğın vaxtında Parisə gəlmiş Elton Conun konsertində iştirakı etirazları daha da genişləndirib. Makron incə fiziolgiyasına baxmayaraq, demək, həm də “gönüqalın” adamdır. Bu davamlı iğtişaşlar başqa bir Avropa ölkəsində olsaydı, onun rəhbəri bu cür sakit görünməzdir. Onun kişiyə “ərə getmiş” Elton Cona rəğbəti ilə işimiz yox, amma ölkə od içində yanarkən konsertdə oynaması bu adamın əsli kimliyini də ortaya qoyur. Bir az da heyrət doğurur bu münasibət. Hanı bəs bunların seçiciyə verdikləri sözlər, hanı məsuliyyətli hakimiyyət?
Makrona impiçment tətbiqi indilikdə real görünmür, çünki Le Pen tərəfdarlarının Milli Assambleyada yetərli deputatı yoxdur, daha bir müxalifətçi Melenşonun rəhbərlik etdiyi düşərgənin Le Penlə mövqeləri yumşaq desək, məsafəlidir. O səbəbdən, Makronun özü istefa verməsə, hakimiyyətdən asanlıqla uzaqlaşdırılması mümkün deyil, prezidentin hakimiyyətdəki elitadan əlavə, qlobal elitadan(ABŞ və Avropa Birliyindən) dəstəyi də var...
Fransa ənənəvi olaraq, burnunu dünyada baş verən olaylara soxmağa xoşlayır, Makron da uzun burnundan göründüyü kimi, istisna deyil. Ukrayna müharibəsinin ilk aylarında bu cür cəhdlər oldu, Makron hətta Putinlə görüş üçün Kremlə də getdi. Amma Fransa ənənəvi müttəfiqi ABŞ-dan indi daha çox asılı görünür, gənc Makron qoca Baydenin dediklərinə itaət edir. Təcrübəsizlik öz sözünü deyir...
Bu dəfə “ərəb baharı”(yayı) Fransada başlayıb və Makronun sərt tədbirləri əl atması, hətta bütün ölkədə komendat saatı elan edəcəyi gözlənilir. Makron Avropanı qara tüstüyə boğub və bunun nəticələri “qoca qitə”ni daha ciddi sınaqlar qarşısında qoya bilər...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ