İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron İsa Məsihin həvarilərini “gey” çıxartdı, Fransa üzr istədi! - VİDEO

Paris Olimpiya Oyunlarının təşkilatçıları açılış mərasimində nümayiş etdirilən Leonardo da Vinçinin “Son şam yeməyi” rəsminin parodiyasına görə üzr istəyiblər.

Musavat.com “The Telegraph”a istinadən xəbər verir ki, İsa Məsihin və onun həvarilərinin görüşünün Bibliya versiyası canlandırılan səhnədə transvestitlər və çılpaq müğənni çıxış edib.

Bu, siyasətçilərin və Katolik kilsəsinin nümayəndələrinin kəskin tənqidinə səbəb olub.

“Paris 2024” sözçüsü Enn Deşam deyib ki, onların heç birinin dini qrupa hörmətsizlik etmək niyyəti olmayıb.

Deşamın sözlərinə görə, açılış mərasimi “sosial tolerantlığı qeyd etmək məqsədi daşıyırdı”:

“Biz inanırıq ki, bu məqsədə nail olunub. Əgər insanlar hər hansı bir şəkildə incidilibsə, çox üzr istəyirik”.

Açılış mərasiminin bədii rəhbəri Tomas Jolli bildirib ki, şouya verilən mənfi reaksiyadan “çaşıb qalıb”:

“Məqsədimiz pozucu olmaq deyildi. Biz heç vaxt pozucu olmaq istəmədik. Müxtəliflik haqqında danışmaq istədik. Müxtəliflik birlikdə olmaq deməkdir. Hamını cəlb etmək istəyirdik. Fransada bizim yaradıcılıq azadlığımız var. Azad ölkədə yaşadığımız üçün şanslıyıq”.

15-ci əsrin sonlarında çəkilmiş “Son şam yeməyi” freskası İntibah ustası Leonardo da Vinçinin fırçasına aiddir və Milanda yerləşir. Burada İsanın 12 həvarisi ilə birlikdə onlardan birinin ona xəyanət edəcəyini bildirməsi təsvir edilir.

Açılışdan sonra bir sıra tanınmış siyasətçilər yaradılan mənzərəni tənqid edib. Avropa Parlamentinin ifrat sağçı üzvü Marion Mareşal dünyada incimiş bütün xristianlardan üzr istədiyini açıqlayıb.

İtaliya baş nazirinin müavini Matteo Salvini parodiyanı “təhqiredici və alçaq” adlandırıb.

O, “X” bloqunda yazıb:

“Dünyada milyardlarla xristianı təhqir etməklə Olimpiadanın açılması həqiqətən pis başlanğıc idi”.

İxtiraçı və milyarder İlon Mask da qalmaqallı parodiyanı tənqid edərək, bunu “xristianlar üçün son dərəcə təhqiramiz” adlandırıb.

Mübahisəli səhnədə ona yaxın ifaçıdan ibarət qrup uzun masa arxasında pozalar verib.

İCERİ.jpeg (23 KB)

Mərkəzdə tacı xatırladan baş geyimində, əllərini ürək şəklində tutan qadın vardı. Onun yanında transvestitlər, transseksual rəqqaslar və digər ifaçılar olub. Səhnənin sonunda səhnəyə yemək nimçəsi qoyulub və cüzi geyimli, mavi rəngə boyanmış bir kişi çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Qonaq

Eric Jones 29.07.2024 03:55

Sherh moderator terefinden yoxlanılır

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR