Onlayn ictimai-siyasi qəzet
Fransa Ermənistana müdafiə təyinatlı hərbi texnikanın verilməsinə razılıq verib.
"Report" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
"Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyik. Fransa müdafiə təyinatlı hərbi ləvazimatların tədarükünə razılıq verib və heç bir gərginlik istəməyərək tam məsuliyyətlə buna davam edəcək”, - E.Makron bildirib.
Fransa lideri qeyd edib ki, ölkəsi Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyir.
"Biz Cənubi Qafqazın sülh və əməkdaşlıq regionu olmasını istəyirik və bu mənada regional kommunikasiya kanalları inteqrasiya faktoru olmalıdır".
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ