İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron ABŞ və Çini "əsəbi fillər" adlandırıb  

 

Fransa prezidenti Emmanuel Makron Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində çıxış edərkən qlobal “qarşıdurmaya” son qoymağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Makron Çin və ABŞ kimi fövqəldövlətlərin savaşının getdiyi bu regionda Fransanı balanslaşdırıcı qüvvə adlandırıb.

“Biz hegemonluğa inanmırıq, qarşıdurmaya inanmırıq, sabitliyə inanırıq”, - deyə Makron bildirib. Onun sözlərinə görə, regional güclər, o cümlədən Hind və Sakit okeanda, Yeni Kaledoniya və fransız Polineziyası, xaricdə əraziləri olan Fransa da daxil olmaqla, bu prosesdə öz rolunu oynamalıdırlar.

"Biz cəngəllikdəyik və getdikcə əsəbiləşən iki böyük filimiz var. Əgər onlar çox əsəbiləşib müharibəyə başlasalar bu, cəngəlliyin qalan hissəsi üçün böyük problem olacaq. O zaman bir çox başqa heyvanlarla- pələnglər, meymunlar və s. əməkdaşlığa ehtiyacınız olacaq”,-deyə Fransa prezidenti qeyd edib. Lakin o, ölkəsini hansı heyvanla müqayisə etdiyinə aydınlıq gətirməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR