İnsanlara hürriyət, millətlərə istiqlal!

Makarov 15 il müddətinə azadlıqdan məhrum edildi

Estoniyada Ukrayna nömrəli avtomobilin yandırılmasına görə 15 il həbs cəzası verildi

Musavat.com xəbər verir ki, Estoniyada Ukrayna nömrəli avtomobilin yandırılmasına görə, həm Estoniya, həm də Rusiya vətəndaşlığına sahib olan Andrey Makarov 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun bu hərəkətini dövlətə xəyanət kimi qiymətləndirib.

Prokurorluğun topladığı məlumatlara görə, hadisə ötən ilin fevral ayında Tartu şəhərində baş verib. Makarov, Belarus vətəndaşı olan 42 yaşlı Stanislav Markinlə birlikdə avtomobili yandırmaq üçün hazırlıq görüb.

Bundan əlavə, Makarov 2022-ci ildən etibarən bir neçə dəfə Estoniyanın müttəfiqləri olan ölkələrin hərbi texnikası haqqında məlumatları Rusiya hakimiyyətinə ötürüb. Bu məlumat da məhkəmədə diqqətə alınıb.

Hadisə Estoniyada ciddi narahatlığa səbəb olub və ölkənin təhlükəsizlik orqanları bu cür hərəkətlərin qarşısını almaq üçün əlavə tədbirlər görəcəklərini açıqlayıblar. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR