Onlayn ictimai-siyasi qəzet
Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülə ağır itki üz verib.
55 yaşlı sənətçinin ögey anası Zühre Bazencir dünyasını dəyişib.
Bu barədə sənətçi sosial media hesabında məlumat verib.
"Bu gün Zühre Bazencir anamızın vəfat xəbərini aldım, ürəyim ağrıdı. Ardıcıl itkilər insanın ürəyini parçalayır. O, məni çox sevirdi, həmişə dualarına qatırdı. Ögey övlad olsam da, məni övladlarından ayırmazdı. Onun sevgisini, duasını hər zaman ürəyimdə daşıyacağam. Ananı itirmək, başqa bir acıdır... Qardaşım Yusufa başsağlığı verirəm", - deyə Mahsun yazıb.
Qeyd edək ki, M.Kırmızıgülün anası Faika Bazencir ötən ilin dekabrında 99 yaşında vəfat edib./Milli.az/
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ