Onlayn ictimai-siyasi qəzet
Mahir Emreli "Dinamo"da qol hesabını açıb.
Fanat.Az xəbər verir ki, Xorvatiya çempionatının son turunda - "Riyeka" ilə səfər matçında 59-cu dəqiqədə meydana çıxan Mahir komandasının bərabərlik qolunu vurub.
Matçın sonlarına yaxın ona qarşı kobudluq edən rəqib futbolçu - Anton Kresiç meydandan qovulub. Yekunda "Dinamo" 2:1 hesablı qələbə qazanaraq liderliyini qoruyub.
Mahirin rəqib qapısına yol tapdığı epizodu təqdim edirik:
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ