İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli: "Nəticəyə görə üzülürəm"

"Nəticəyə görə üzülürəm. Çünki bu gün nəinki 1 xal, 3 xal qazanmağa belə layiq idik".

"Report"un məlumatına görə, bunları AVRO-2024-ün seçmə mərhələsinin Avstriya (0:1) ilə oyunundan sonra Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib

Zaqreb "Dinamo"sunun 26 yaşlı hücumçusu ilk hissədə qol epizodları olmasa da, topla oynamağa çalışdıqlarını deyib: "İkinci yarıda daha yaxşı oyun alındı. Çalışırdıq ki, hamımız bir yerdə hücuma keçək. Azarkeşlərin olmağı həmişə futbolçular üçün böyük motivasiyadır. Futbolu onlara görə oynayırıq.

Azarkeşlərin coşqusu mənə motivasiya verir. Hər dəfə top ayağıma gələndə nəsə olacağını gözləyirdilər. Ümid edirəm ki, gələcəkdə mənə inanan hər kəsin ümidlərini doğruldacağam".

M.Emreli ölkə xaricində oynayan milli üzvlərinin sayının çox olmasını müsbət məqam hesab edir: "Bir dostum var, deyir, arzu edirəm ki, millimizin bütün futbolçuları toplanışa xaricdən gəlsinlər. Bu heyətlə 4-5 ildir oynayırıq. Taktiki məqamlar isə baş məşqçilərin verəcəyi qərardır".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR