İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli "Dinamo"da növbəti qolunu vurub

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 25 yaşlı hücumçu evdə "İstra"ya qarşı 1-ci Liqanın XXXI tur oyununda fərqlənib. O, 50-ci dəqiqədə rəqib qapısına yol tapıb. Bu, forvardın Zaqreb təmsilçisində 2-ci qolu olub.

Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və meydan sahibləri 3:0 hesabı ilə irəlidədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR