İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emreli: “Bu komandanın üzvü olduğum üçün qürur duyuram”

“Bu komandanın üzvü olduğum üçün qürur duyuram”.

Musavat.com-un məlumatına görə, bu sözləri Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiya çempionatının XVII turunun “Riyeka” ilə oyunundan sonra instaqram səhifəsində yazıb.

Sözügedən oyunda iki qol vuran hücumçu bunun üçün komanda yoldaşlarına yoldaşlarına borclu olduğunu deyib: “Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Biz çempionuq!”

Qeyd edək ki, “Riyeka” – “Dinamo” matçı zaqreblilərin 7:2 hesablı darmadağını ilə yekunlaşıb. Mahir Emreli qələbəyə son iki qolu vurmaqla töhfə verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR