Onlayn ictimai-siyasi qəzet
Sabah saat 15:00-dan etibarən ali təhsil pilləsinin magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start veriləcək.
Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müraciətçilər //portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat 18:00-da yekunlaşacaq.
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ