Onlayn ictimai-siyasi qəzet
Venesuela rəhbərliyi Vaşinqtonu sərt tənqid atəşinə tutub.
Musavat.com xəbər verir ki, ölkə prezidenti Nikolas Maduro ABŞ-ı Venesuelaya qarşı hərbi təcavüzə cəhd göstərməkdə ittiham edib.
Dövlət başçısı iddia edib ki, ABŞ dövlət katibi Marko Rubio “Ağ evi, Mayami mafiyasını idarə edir və ABŞ prezidentinin adını qanla ləkələmək istəyir”. Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi Venesuelanın təbii sərvətlərini – neft, qaz, qızıl və digər faydalı qazıntıları ələ keçirməkdir.
Maduro vurğulayıb ki, bu təcavüzün arxasında duran niyyət Latın Amerikasının ən böyük inkişaf layihəsini – böyük azadlıq mübarizi Simon Bolivarın ideyalarını məhv etmək və Venesuelanın göstərdiyi nümunəni dayandırmaqdır.
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ