İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstandan İsveçə DƏSTƏK

Macarıstan hökuməti İsveçin NATO-ya daxil olmasını dəstəkləyir və Macarıstan parlamentini ilk fürsətdə sazişi ratifikasiya etməyə çağırır.

Musavat.com xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban baş katiblə telefon danışığından sonra bildirib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması ilə bağlı qərarın ratifikasiyasına səs verib. Bu barədə “Anadolu” agentliyi xəbər verib.

Müvafiq qanun layihəsini 287 deputat dəstəkləyib, 55 deputat əleyhinə səs verib. Sənəd imzalanmaq üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndəriləcək.

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR