İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Ukraynanın ən qısa zamanda Aİ-yə qoşulmasının tərəfdarıdır

Macarıstan baş nazirinin müşaviri Balaz Orban ölkəsinin Ukraynanın Avropa İttifaqına üzv olmasının tərəfdarı olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, o, hökumətin bunun ən qısa zamanda baş verəcəyinə ümid etdiyini və Aİ-yə üzv dövlətlərin bu prosesi sürətləndirmək üçün Avropa Komissiyasına təzyiq göstərməli olduğunu vurğulayıb.

Eyni zamanda, müşavir rəsmi Budapeştin Rusiya ilə münasibətlərdən əl çəkmək niyyətində olmadığını bildirib. B.Orban qeyd edib ki, Macarıstanın mövqeyi əlaqələri qorumaq ideyasına əsaslanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR