İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan Ukrayna ilə bağlı danışıqların şərtlərinin pisləşdiyini açıqlayıb

“Rəsmi Budapeşt hesab edir ki, gələcəkdə Ukrayna üzrə sülh danışıqlarının şərtləri daha da pisləşəcək”.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bəyan edib.

Onun sözlərinə görə, bu münaqişə döyüş meydanında həll edilə bilməz və sülh danışıqları üçün hazırda mövcud olandan daha yaxşı şərait olmayacaq:

“Dünənki şərait bugünkündən daha yaxşı idi, sabahkı şərait isə bugünkündən daha pis olacaq”.

Türkiyə hökumətinə də minnətdarlığını bildirən nazir qeyd edib ki, Ankara Rusiya ilə Ukrayna arasında 2022-ci ildə “Taxıl sazişi”nin bağlanmasında uğurla vasitəçilik edən yeganə dövlətdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR