İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan baş nazirinin irqçi çıxışına sərt təpki gəldi

Macarıstan baş naziri Viktor Orbanın “qarışıq irq” barəsində və müsəlmanlar əleyhinə çıxışı həm daxili, həm də beynəlxalq arenada sərt təpki yaradıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Macarıstan baş nazirinin sosial inteqrasiya məsələləri üzrə müşaviri, Viktor Orbanla 20 il işləmiş Juja Hegedus onu “sırf nasist” adlandırıb və tutduğu vəzifədən istefa verib.

“Sizin çıxışınız Yozef Göbbelsə layiq nasist təxribatıdır”,-deyə Hegedusun istefa məktubunda yazılıb.

Xatırladaq ki, Rumıniyada yerli macar icması qarşısında çıxış edən Viktor Orban avropalıların qeyri-avropalılarla (xüsusilə müsəlmanlarla) qarışmasının “qarışıq irqli dünya” yaratdığını deyib və “macarların qarışıq irqli xalq olmaq istəmədyini” deyib. 

BBC-nin məlumatına görə, Holokostdan sağ qalanlar komitəsi macar baş nazirin çıxışını “axmaq və təhlükəli” adlandırıb.

Macarıstan hökuməti rəhbərinin mətbuat katibi isə medianı baş nazirin sözlərini kontekstdən çıxarmaqla təqdim etməkdə suçlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR