İnsanlara hürriyət, millətlərə istiqlal!

Macar nazir Estoniyanın baş nazirini ikiüzlü adlandırıb

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Estoniya Nazirlər Kabinetinin rəhbəri Kaya Kallasın Macarıstanın baş naziri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə görüşünə qarşı tənqidi fikirləri “ikiüzlülükdür”.

Musavat.com xarici mediaya istinadla bildirib ki, nazir Siyarto bu fikiri sosial şəbəkələrdə yayıb.

Siyarto bu qənaətə Kaya Kallasın həyat yoldaşının şirkətinin Rusiya Federasiyasının nümayəndələri ilə iş aparması ilə bağlı gəldiyini vurğulayıb.

“Estoniyanın baş naziri Kaya Kallas Putin və Orban arasında dünənki görüşü “çox xoşagəlməz və hər hansı məntiqdən məhrum” adlandırıb. Bununla bağlı o, böyük hiddət içində olduğunu da ifadə edib. Qeyd etmək istərdim ki, bu, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra da əri Rusiya zavodunu xammalla təmin edən şirkətdə pay sahibi olan həmin Kallasdır. İkiüzlülüyün kubu”, - deyə Siyarto qeyd edib.

Xatırladaq ki, Vladimir Putinlə Viktor Orban arasında görüş bu günlərdə Pekində keçirilən “Bir kəmər - bir yol” forumu çərçivəsində baş tutub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR