İnsanlara hürriyət, millətlərə istiqlal!

Macar baş nazir Viktor Orban macarıstanlı milyarder Corc Sorosu tənqid edib

Bu bazar günü Macarıstanda uşaqların müdafiəsi məsələsi üzrə referendum keçiriləcək. Referendumdan məqsəd uşaqların məktəblərdə gender təhsili məsələsinə və hökumət tərəfindən müəyyən qoruyucu mexanizmlərin tətbiqinə ölkə əhalisinin münasibətinin araşdırılmasıdır.

AZƏRTAC xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bu gün ölkənin MTI agentliyinə müsahibəsində macarları düzgün seçim etməyə və Corc Sorosun sponsorluq etdiyi qüvvələrin təbliğatına uymamağa çağırıb. O qeyd edib ki, Qərbi Avropada “insan hüquqları üzrə qruplar” arasında güclü təbliğat fəaliyyəti aparan sorosçu təşkilatlar da mövcuddur.

Baş nazir referenduma gələn macarların ənənəvi ailə dəyərlərini qiymətləndirəcəyinə və hökumətin uşaqları müəyyən gender qüvvələrinin təsirindən müdafiə etməyə çağıran qoruyucu tədbirlərini dəstəkləyəcəklərinə ümidvar olduğunu bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR