Onlayn ictimai-siyasi qəzet
Hazırda fiziki şəxslərin əməkhaqqılarının 200 manat olan hissəsi vergidən azaddır və bu baxımdan daha yaxşı olar ki, minimum əməkhaqqı məbləğində hissə vergidən azad olunsun.
Musavat.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov təklif edib.
O deyib ki, bu gün dünyanın əksər ölkələrində minimum əməkhaqqı vergiyə cəlb olunmur:
"Minimum əməkhaqqı alan vətəndaşlarımızın az təminatlı insanlarımız olduğunu nəzərə alaraq onların gəlirlərinin vergiyə cəlb olunmamasını təklif edirəm".
Millət vəkilinin sözlərinə görə, əməkhaqqı ilə bağlı digər məqam fiziki şəxslərin gəlir verigisində diferensial 2500 manatın artırılması ilə bağlıdır:
"Belə ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) münasibətdə gəlir vergisi vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğ 25 faiz vergiyə cəlb olunur. 2500 manatlıq hədd 2013-cü ildən etibarən tətbiq edilir. Ötən 10 illik inflyasiya səviyyəsini nəzərə aldıqda real olaraq bu məbləğ iki dəfəyə yaxın artırılmalıdır. O baxımdan, təklif edirəm ki, 2500 manat ən azı 4000 manatadək artırılsın. Bununla da, 2500 manatdan 4000 manatadək olan gəlir 25 deyil, 14 faizlə vergiyə cəlb olunsun".
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ