İnsanlara hürriyət, millətlərə istiqlal!

Luvrda “Mona Liza” əsərini tortla buladılar

Parisdə Luvr Muzeyində bir ziyarətçi Leonardo da Vinçinin “Mona Liza” kimi tanınan “Cokonda” əsərini tortla bulayıb.

Bu barədə G1 nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, bir kişi böyük izdihamın içində məşhur rəsm əsərinə tort atıb. Mədəniyyət müəssisəsinin mühafizəsi az sonra yeməyi atan şəxsi kənarlaşdırıb və muzey işçiləri dərhal binanın təmizliyinə başlayıb. Dünyaca məşhur əsəri ləkələyən vandalın kimliyi və motivləri məlum deyil.

Eyni zamanda büllur lövhə ilə qorunduğu üçün rəsm özü bundan zərər görməyib. Bu, “Mona Liza”ya edilən ilk hücum deyil. 2009-cu ildə bir turist stəkanı tabloya tərəf ataraq onu qoruyan şüşəni zədələmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR