İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun bu ölkəyə girişi QADAĞAN OLUNDU

Estoniya hökuməti Belarusa qarşı tətbiq edilən sanksiyaların müddətini uzadıb. Bu qərar çərçivəsində ölkəyə girişinə qadağa qoyulan şəxslər siyahısına Belarusun lideri Aleksandr Lukaşenko da daxil edilib.

Musavat.com xəbər verir ki, bu barədə Estoniyanın ERR agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu təşəbbüs Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna tərəfindən irəli sürülüb. Onun sözlərinə görə, Belarusda insan haqları ilə bağlı vəziyyət dəyişməyib və Minskin Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünü dəstəkləməsi sanksiyaların gücləndirilməsini zəruri edir.

“Son beş il ərzində Belarusda sanksiyalara səbəb olan hallarda heç bir müsbət dəyişiklik baş verməyib. Davam edən repressiyalara göz yuma bilmərik. Buna görə də sanksiyalar müddətsiz olmalıdır”, – deyə nazir bildirib.

Nazirin əmrinə əsasən, sanksiya siyahısında ümumilikdə 273 nəfərin adı yer alır. Bu şəxslər arasında yüksək vəzifəli məmurlar, hakimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, təbliğatçılar və Aleksandr Lukaşenkonun yaxın çevrəsi var. Siyahıya həmçinin Lukaşenkonun özü də daxil edilib. 

Xatırladaq ki, Estoniya ilk dəfə bu sanksiyaları 2020-ci ildə, Belarusda prezident seçkilərindən sonra başlayan kütləvi etirazlar fonunda tətbiq edib. Sonrakı dövrlərdə bu məhdudiyyətlər bir neçə dəfə uzadılıb, lakin müddətli xarakter daşıyıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR